Bayram günlərinin yol qəzaları - STATİSTİKA ürək ağrıtdı 03 Yanvar 2019 14:02 Hadisə Bayram günlərində respublikanın yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, bu qəzalar nəticəsində 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən ilin son günü və Yeni ilin ilk günü (31 dekabr - 1 yanvar) respublikanın avtomobil yollarında 7 yol qəzası olub. Bu qəza zamanı 4 nəfər dünyasını dəyişib, 7 nəfər yaralanıb. Ötən gün isə respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Teqlər : #Bayram,#günlərinin,#yol,#qəzaları,#STATİSTİKA,#ürək,#ağrıtdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var `Sahil` metrostansiyasında həyəcanlı anlar yaşanıb