Beş il əvvəl itkin düşmüş neftçinin cəsədi tapılıb

Beş il əvvəl itkin düşmüş neftçinin cəsədi tapılıb

2015-ci il dekabrın 5-də “Günəşli” yatağında 10-cu dəniz platformasında baş vermiş partlayış və yanğın nəticəsində itkin düşmüş daha bir neftçinin cəsədi tapılıb.
 
Bu barədə Turan-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.
 
Onun sözlərinə görə, həlak olan şəxsin neftçi Elşad Rəsulov olduğu müəyyən edilib. Bu gün cəsəd mərhumun ailəsinə veriləcək.
 
Xatırladaq ki, 2015-ci il dekabrın 4-də “Günəşli” dəniz yatağının platformasında partlayış və yanğın baş verib. Yanğın zamanı 33 nəfər təxliyə edilib, 30 işçini isə xilas etmək mümkün olmayıb. Sonradan onlardan 12-nin cəsədi tapılıb. Bir ay əvvəl daha iki neftçinin cəsədi tapılıb.  

Google+ WhatsApp ok.ru