Belarus 15 Avropa Birliyi rəsmisinə sanksiya tətbiq edir

Belarus 15 Avropa Birliyi rəsmisinə sanksiya tətbiq edir

Belarus Xarici İşlər Nazirliyi hökumətin bir sıra yüksək səviyyəli Avropa Birliyi rəsmilərinə qarşı sanksiya tətbiq etmək niyyətində olduğunu söyləyib.

Məlumata görə, Vladimir Maki Belarus hökumətinin AB-nin 15 rəsmisinə qarşı sanksiya tətbiq etmək niyyətində olduğunu bildirib:

"Avropa Birliyi onlarla Belarus rəsmisinə qarşı sanksiya tətbiq edib və biz də AB-nin yüksək vəzifəli şəxsləri və bəzi Avropa ölkələrinin liderləri daxil olmaqla sanksiya siyahısına sahib olmaq niyyətindəyik".   

Qeyd edək ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Berlin və digər AB üzvlərinin Belarusa təzyiqi artırmağın yollarını nəzərdən keçirdiyini söyləmişdi. /Sputnik/

Google+ WhatsApp ok.ru