Benzema bu dəfə də Fransa millisinə dəvət olunmadı 19 May 2017 01:00 İdman 2015-ci ildə Olimpik Lyon futbolçusu Matiu Valbenayı intim videosu ilə bağlı şantaj etdiyinə görə məhkəməlik olan Karim Benzema, Euro-2016 çempionatından sonra yenə də komandaya dəvət almayıb. Qeyd edək ki, həmin hadisədən sonra ulduz oyunçunun milli komandadakı gələcəyinə dair xalq arasında keçirilən sorğuya əsasən, fransızların yüzdə 82-si Benzemanın komandada iştirak etməsinə qarşı çıxmışdı. Fransa millisinin baş məşqçisi Didye Deşamp qarşıdakı oyunlar üçün 26 futbolçuya dəvət göndərib: Qapıçılar: Uqo Loris (“Tottenhem”), Alfons Areolya (PSJ), Benua Kostil (“Renn”). Müdafiəçilər: Lyuka Din (“Barselona”), Kristof Jalle (“Lion”), Prenel Kimpembe (PSJ), Loran Koselni (“Arsenal”), Benjeman Mendi (“Monako”), Samuel Umtiti (“Barselona”), Rafael Varan (“Real”), Kurt Zuma (“Çelsi”), Cibril Sidibe (“Monako”). Yarımmüdafiəçilər: Pol Poqba (“Mançester Yunayted”), Nqolo Kante (“Çelsi”), Blez Matyuidi, Adrien Rabyo (hər ikisi PSJ), Florian Tove (“Marsel”), Mussa Sissoko (“Tottenhem”), Korenten Tolisso (“Lion”), Dimitri Payet (“Marsel”), Toma Lemar (“Monako”). Hücumçular: Usman Dembele (“Borussiya”, Dortmund), Aleksandr Lakazett (“Lion”), Olivye Jiru (“Arsenal”), Kilian Mbappe (“Monako”), Antuan Qrizmann (“Atletiko”). Belə görünür ki, fransızların Benzemaya olan münasibəti hələ də dəyişməyib. (modern) / Teqlər : #Benzema bu dəfə də Fransa millisinə dəvət olunmadı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ən gözəl qol, qurtarış və ötürmə - Ötən həftənin ən yaxşıları - VİDEO `Fənərbaxça` ilk dəfə Avropa Liqasının qalibi olub