Beynəlxalq sərhədlərdən 300 min kimsəsiz uşaq keçib

Beynəlxalq sərhədlərdən 300 min kimsəsiz uşaq keçib

BMT-nin Uşaq Fondu (UNICEF) beynəlxalq sərhədləri keçən kimsəsiz uşaqların sayının artdığını açıqlayıb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən  xəbər verir ki,  UNİCEF ötən gün bəyanat yayaraq bildirib ki,  2015-2016-cı illər ərzində  200 min kimsəsiz uşaq beynəlxalq sərhədləri keçərək dünyanın 80 ölkəsindən sığınacaq istəyib. 
 
Bəyanatda bildirilir ki, bundan başqa  Amerika və Mekzika sərhədlərini keçən əlavə 100 min kimsəsiz uşaq qeydiyyata alınıb.  
 
Ümumilikdə 300 min nəfərlik kimsəsiz uşağın statistikası göstərir ki,  2010-cu illə müqayisədə sərhədləri keçən kimsəsiz uşaqların sayı 5 dəfə artıb.  2010-cu ildə bu rəqəm  66 min nəfər təşkil edib. 
 
UNİCEF xəbərdarlıq edib ki, yoxsulluq və zorakılığa görə öz ölkələrindən didərgin düşən bu uşaqların əksəriyyətindən sui-istifadə olunur və  insan alveri qurbanını çevrilirlər. 
 
UNİCEF elan edib ki,  2015-2016-cı illər ərzində  Avropa ölkərindən 70 min kimsəsiz uşaq sığınacaq istəyib. 
 
UNİCEF-in məlumatına görə,  2016-cı ildə Şimali Afrika və İtaliya arasında  hərəkət marşrutu üzrə ölənlərin sayı çoxluq təşkil edir. Bu marşrut üzrə ötən il 4579 nəfər  həyatın itirib ki,  onlardan 700 nəfəri uşaqdır. 
 

Google+ WhatsApp ok.ru