Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'

Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'

Sənaya səyahət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurer mətbuat konfransında dünyadakı bütün nüfuzlu insanları Yəməndəki müharibənin və Yəmən xalqının iztirablarının sona çatması üçün çalışmağa dəvət edib.
 
Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, Peter Maurer təşkil olunan mətbuat konfransında belə deyib: “Yəmən xalqının ehtiyacları ilə humanitar yardım arasında böyük uçurum var və bu boşluq getdikcə artır.
 
Yəmənin səhiyyə sektorunun yarısı müharibə başlamazdan əvvəl işləmirdi və Qırmızı Xaç 50-dən çox ərazidə yaralılara humanitar və tibbi yardım göstərmək üçün çalışır.
 
 Dünyada nüfuz sahibi olan hər kəsi Yəməndəki müharibəni dayandırmaq və xalqının əzablarına son qoymaq üçün çalışmağa çağırırıq.
 
 Məhkumların bütün saxlanma yerlərinə giriş tələbini, lazımi qaydada rəftar hüququnu təmin etməsini və Qırmızı Xaç nümayəndələri ilə təkbətək görüşmələrini təkrar edirik.
 
 İtkin düşənlərlə bağlı məsələni qaldırdıq, bir çox ailə üçün fəlakətə çevrildi. Müharibə edən tərəflərə bu humanitar məsələni həll etməyə hazır olduğumuzu söylədik.
 
Məhbus mübadiləsini asanlaşdırmaq üçün bir təklif verdik və tezliklə tədbir görəcəyimizə ümid edirik”.
 
Bununla əlaqədar olaraq, Yəmənin Milli Qurtuluş Hökumətindəki Əsirlərlə İş üzrə Komitənin rəhbəri Əbdülqədir Əl-Mürtəza Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri ilə görüşündə Sənanın bütün məhbusları dəyişdirmə əməliyyatını keçirməyə hazır olduğunu bildirib.

Google+ WhatsApp ok.ru