Beynəlxalq Məhkəmə Azərbaycanın Ermənistana qarşı iddiasını qəbul edib 24 Sentyabr 2021 13:30 Xəbərlər Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya"nın sistematik pozulmasına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Məhkəməsinə iddia göndərib. Bu barədə Beynəlxalq Məhkəmənin saytında deyilir. İddiada göstərilir ki, Ermənistan milli və ya etnik mənşə zəminində azərbaycanlılara qarşı diskriminasiya hərəkətlərində iştirak edib və bunu davam etdirir. "Ermənistanın etnik təmizləmə ilə bağlı siyasəti və hərəkəti, azərbaycanlılara qarşı nifrətin qızışdırılması sistematik xarakter daşıyır və Birləşmiş Millətlər Təşkilatının müvafiq Konvensiyasının pozulmasıdır", - iddiada deyilir. Ermənistan Konvensiyanın pozulmasına görə məsuliyyət daşıyır, Azərbaycana və Azərbaycan xalqına dəyən zərərin əvəzini ödəməlidir. Həmçinin iddiada Beynəlxalq Məhkəmə tərəfindən bu iddia üzrə qərarı qəbul edilənədək Ermənistana qarşı müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi tələb olunur. Xatırladaq ki, bundan öncə Ermənistan da Azərbaycana qarşı analoji iddia qaldırmışdı. / trt.az / Teqlər : #Beynəlxalq,#Məhkəmə,#Azərbaycanın,#Ermənistana,#qarşı,#iddiasını,#qəbul,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanla İran arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf edib 'BakıKart' balansını onlayn artırmaq mümkün olacaq