Beyrutda mitinq iştirakçılarına atəş açıldı, ölən və yaralananlar var - YENİLƏNİB -  VİDEO

Beyrutda mitinq iştirakçılarına atəş açıldı, ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO

15:43
 
Livanın paytaxtı Beyrutda etiraz aksiyasının iştirakçılarına atəş açılıb, 6 nəfər həyatını itirib.
 
Maide.Az-in məlumatına görə, Beyrutun mərkəzi hissəsində, Ədliyyə sarayının qarşısında keçirilən aksiya zamanı snayper kütləyə atəş açıb.
 
Nəticədə daha 60-a yaxın şəxs xəsarət alıb.
 
Etirazçılar ötən ilin avqustunda Beyrut limanında baş vermiş partlayışın araşdırılması ilə bağlı komissiyaya rəhbərlik edən hakimin dəyişdirilməsini tələb edir.
 
Qeyd olunur ki, paytaxtda etirazlar davam edir, hadisə yerinə hərbçilər cəlb edilib.
 
***
13:47
 
Livanın paytaxtı Beyrutda naməlum şəxslər mitinq iştirakçılarına atəş açıb. 
 
Maide.Az  “Əl-Əhd”ə istinadla xəbər verir ki, Beyrut limanında baş verən partlayışın işini aparan prokrorun işinə etiraz edən mitinq iştirakçılarından bir neçə nəfərin öldüyü və  yaralandığı bildirilir.
 
Hələlik ölən və yaralananlar barəsində dəqiq məlumat yoxdur. Lakin bəzi xəbər qaynaqları Beyrutda Ədliyyə Nazirliyinin qabağına toplaşan aksiyaçıardan  2 nəfərin öldüyünü və 12 nəfərin yaralandığını yazıb. 
 
Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları gəlib. 
 
 
 

Google+ WhatsApp ok.ru