Bişkekdə yeni müsəlman geyim kolleksiyaları nümayiş olunacaq

Bişkekdə yeni müsəlman geyim kolleksiyaları nümayiş olunacaq

Oktyabrın 13-də Bişkek şəhərində Asanbay Mərkəzində unikal müsəlman geyim nümayişi - Müsəlman Moda Festivalı keçiriləcək.

Maide.Az xəbər verir ki, burada Qırğızıstan və Qazaxıstanın 15 aparıcı dizaynerləri yeni hicab geyim kolleksiyalarını təqdim edəcəklər.

Festival qonaqları yalnız müsəlman paltarlarını seyr etmək deyil, həm də yarmarkada onları almaq imkanı əldə edəcəklər.

Giriş pulsuzdur. Festivalın əsas məqsədi müsəlman paltar dizaynerlərini birləşdirmək və onların yaradıcılığını göstərmək üçün hər cür şərait yaratmaqdır.

Google+ WhatsApp ok.ru