Bişkekdə ikinci dəfə fövqəladə vəziyyət elan olundu 12 Oktyabr 2020 13:48 Dünya Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov respublika paytaxtında ikinci dəfə fövqəladə vəziyyət elan edib. Birinci fərman Parlament tərəfindən təsdiqlənməmişdi. Maide.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat verib. "Qırğızıstan Respublikasının Prezidenti Bişkek ərazisində təkrar fövqəladə vəziyyət rejimi tətbiq edilməsi barədə fərman imzaladı", - deyə məlumatda bildirilib. O da vurğulanıb ki, qərar parlamentin üç gün ərzində paytaxtda əvvəllər tətbiq edilmiş fövqəladə vəziyyət məsələsini nəzərdən keçirməməsi səbəbindən qəbul edilib. Xatırladaq ki, Qırğızıstan Prezidenti bundan əvvəl 9 oktyabr (saat 20.00) - 21 oktyabr (saat 08.00) tarixləri arasında Bişkek ərazisində fövqəladə vəziyyət tətbiq edilməsi barədə fərman imzalamışdı. Teqlər : #Bişkekdə,#ikinci,#dəfə,#fövqəladə,#vəziyyət,#elan,#olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ dollarının çökəcəyi proqnozlaşdırılır Beynəlxalq Cinayət Məhkəməsi Şeyx Zəkzəkinin iddiasına baxacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO