Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib

Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib

Biləsuvar rayonunda baş verən yanğın zamanı ev sahibi tüstüdən zəhərlənib.
 
Maide.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində məcburi köçkünlər üçün salınmış 7-ci qəsəbədəki 40 nömrəli evdə qeydə alınıb.
 
Belə ki, Cəbrayıl rayon sakini, 1976-cı il təvəllüdlü Əliyeva Yeganə Qara qızına əxsus yarımtikilidə yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğın söndürənləri cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
 
Hadisə zamanı tüstüdən zəhərlənən ev sahibi Y.Əliyeva xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru