Bir həftədə 7 nəfər dərmandan zəhərləndi, dünyasını dəyişən də var

Bir həftədə 7 nəfər dərmandan zəhərləndi, dünyasını dəyişən də var

Ötən həftə yeddi nəfər dərmandan zəhərlənib.
 
Maide.Az "Sputnik "-ə istinadla xəbər verir ki,  bu barədə Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.
 
A.Maqsudov ötən həftə daxil olan müraciətlər haqda da danışıb: "İki nəfər sirkə turşusundan zəhərlənib. Dərmandan zəhərlənənlər arasında azyaşlı, uşaq olmayıb".
 
Baş həkim dəm qazından zəhərlənənlərin də sayını açıqlayıb: "Ötən həftə ərzində dəm qazından zəhərlənənlərin sayı 7 nəfər olub. Onların arasında bir azyaşlı da var".
 
Xatırladaq ki, bir neçə gün öncə Sputnik Azərbaycan-a bir qadının aspirindən zəhərlənərək dünyasını dəyişməsi haqda məlumat daxil olmuşdu. A.Maqsudov bu məlumata da aydınlıq gətirib: "Noyabrın 10-unda xəstəxanaya gətirilən Leyla İsmayılova adlı 35 yaşlı qadın dünyasını dəyişib. Qadın ağır vəziyyətdə xəstəxanaya gətirilib və 1 saatdan sonra dünyasını dəyişib. Daha sonra qadının meyiti morqa aparılıb. Qadın dərmandan dünyasını dəyişib"
 

Google+ WhatsApp ok.ru