Birləşmiş Ərəb Əmirlikləri 'OPEC+'dan çıxır? 19 Noyabr 2020 11:50 İqtisadiyyat Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “OPEC+”dan çıxmaq fikrindədir. BƏƏ buna səbəb kimi OPEC-in ölkələr üzrə istehsal hədəflərini ədalətli şəkildə bölüşdürmədiyini göstərir. Bu xəbər koalisiyanın istehsalın bərpasını müzakirə etdiyi danışıqlar zamanı yayılıb. “OPEC+”un daxili problemlərlə üzləşdiyi bir vaxtda isə neft qiymətləri son 2 ayın ən yüksək səviyyəsindən geriləməyə başlayıb. Qeyd edək ki, hazırda OPEC-ə 13 ölkə üzvdür. Bunlar Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesueladır. OPEC-ə qeyri-üzv olan Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan isə təşkilatla “OPEC+” formatında sıx əməkdaşlıq edir. “OPEC+” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır./ azertac/ Teqlər : #Birləşmiş,#Ərəb,#Əmirlikləri,#'OPEC+'dan,#çıxır?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İqtisadiyyat kiçilib, ticarət dövriyyəsi daralıb IIF: Qlobal borcun həcmi bu il rekord 277 trln dollara çatacaq