Birləşmiş Ərəb Əmirlikləri İsraildə 10 milyard dollar yatırım etmək niyyətində olduğunu bildirib

Birləşmiş Ərəb Əmirlikləri İsraildə 10 milyard dollar yatırım etmək niyyətində olduğunu bildirib

Birləşmiş Ərəb Əmirliklərinin İsraildə 10 milyard dollar dəyərində yatırım etməklə bağlı istəkləri rəsmi şəkildə açıqlanıb.
 
SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin Sənaye və Yüksək texnologiyalar naziri Sultan əl-Cabir açıqlama verib.
 
Qeyd edək ki, bir həftə bundan qabaq əmirliyin İsraildə 10 milyard dollar sərmayə qoymaq planı ilə bağlı xəbərlər yayılmışdı. İndi isə BƏƏ-li nazir belə bir istəyin olduğunu rəsmi şəkildə açıqlayır.
 
Sultan əl-Cabirin sözlərinə görə “belə bir layihə ticarət məqsədlərindən irəli gəlir, siyasi deyil.”
 
Qeyd edək ki, BƏƏ və Bəhreyn ötən ilin sentyabrında İsraillə əlaqələri rəsmiləşdiriblər. Bu iki ölkənin ardından Mərakeş və Sudan da İsraillə əlarələrin normallaşdırması barədə saziş imzalayıblar. Sabah isə İsrail baş naziri Benyamin Netanyahunun BƏƏ-ə səfəri gözlənilir.

Google+ WhatsApp ok.ru