Bir neçə günlük körpənin baxışları nədən xəbər verir?

Adətən yeni doğulmuş körpələrin valideynlərinə yalnız sevinc bəxş etdiyi ehtimal edilir. Lakin bir neçə günlük körpənin gözləri, yəni onun baxışları onun davranışı haqqında məlumat verə bilər. 
 
Avropa ailmlərinin yeni araşdırmalarının nəticələrinə görə, dünyaya yenicə gəlmiş körpənin gözlərinin hərəkəti onun necə uşaq olacağını bildirir.
 
Britaniya ilə İtaliya alimləri birlikdə İtaliyanın şimalında birdən dörd günədək yeni doğulan körpələr üzərində səkkiz ildən çox aparşdırma aparıb. Onlar körpələrə ekranlarda müxtəlif şəkillər göstərib və hər körpənin hər şəklə nə qədər baxdığını müəyyən edib.
 
Londonun Birkbek universiteti Beyin və Koqnitiv İnkişaf Mərkəzindən alim  Ancelika Ronald: “Körpələrdən bəziləri ekrana gözücu nəzər salırdı, çoxları isə hər cizgiyə diqqətlə baxırdı.” deyə, alim bildirir.  
 
Bundan sonra ailmlər 3 yaşından 10 yaşına qədər uşaqlara keçiblər. Səksən ailədən olan valideynlərə uşaqlarının davranışına diqqət etmək tövsiyə edilib. “Təəccüblü idi, biz uşağın yenicə doğulduğu vaxtla hazırkı vaxt arasındakı əlaqəni gördük."
 
Ancelika Ronald deyir ki, ekrandakı şəklə daha çox baxan körpələr böyüdükdə daha passiv, gözücü baxanların isə daha aktiv olduğu müəyyən edilib.
 
Alimlər hesab edir ki, körpələrdə bəzi faktorlar onlarda artıq doğularkən olur. Bu, isə genetick və ya ana bətnindəki təsirlərdir və körpə doğulduqdan sonra ətraf mühitin ona təsirlərini inkar edir.
 
Bu araşdırmalar Ronald və onun əməkdaşlarının bundan əvvəlki 7 aylıq körpələr və onların inkişafı zamanı problemlərlə bağlı apardıqları araşdırmaların davamıdır. Eyni zamanda alimlər deyir ki, nəticə çıxarmaq hələ tezdir, lakin bir gün gələcək,  valideynlər körpələrinin davranışından onların gələcək inkişafını müəyyən edə biləcək.  

Google+ WhatsApp ok.ru