BMT: 30 ölkə koronavirusa görə kütləvi aclıqla qarşılaşa bilər 22 Aprel 2020 09:24 Dünya Bəşəriyyət koronavirusun yayılmasına görə "İncil miqyaslı” aclıqla qarşılaşa bilər. Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Brisli bildirib. Onun sözlərinə görə, artıq bir neçə ay sonra 30 ölkə kütləvi aclıqla qarşılaşa bilər. Brisli belə ölkələri humanitar yardımla fasiləsiz təmin etməyə çağırıb. Bundan başqa, o humanitar yardımların çatdırılması üçün logistik mərkəzləri yaratmağı təklif edib. Brisli loqistik mərkəzlərin yaradılmasına 350 milyon ABŞ dolları ayırmaq təklifini də irəli sürüb. "Əgər indi hərəkətə başlamasaq - girişi təmin etməsək, maliyyələşdirmədə və ticarətdə fasiləyə yol verməsək, onda biz doğrudan da bir neçə ay sonra “İncil miqyaslı” aclıqla qarşılaşa bilərik", - o deyib. Qeyd edək ki, Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbərinin özü də ötən ay koronavirusa yoluxub. Devid Brisli Kanadaya rəsmi səfərdən sonra ABŞ-a qayıdarkən özünü narahat hiss edib və o müalicə kursu keçib. /Report Teqlər : #BMT:,#ölkə,#koronavirusa,#görə,#kütləvi,#aclıqla,#qarşılaşa,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqda partlayışlar törədildi; ‘Həşd Şabi’ üzvləri həyatını itirib İran orbitə hərbi peyk buraxıb - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO