BMT-nin xüsusi məruzəçisi: `Dünyada hər dəqiqə 20 nəfər qaçqına çevrilir`

BMT-nin xüsusi məruzəçisi: `Dünyada hər dəqiqə 20 nəfər qaçqına çevrilir`

-- Ümumdünya Qaçqınlar Günündə..

"Bu gün münaqişələr və ya daxili təqiblər nəticəsində dünyada 68 milyondan çox insan qaçqın və ya məcburi köçkündür. Bu, dünyanın ən böyük 20 ölkəsi sırasında yer alan ölkələrdən birinin əhalisi qədərdir".
 
Maide.Az bildirir ki,"Report" xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterrişin iyunun 20-də qeyd olunan Ümumdünya Qaçqınlar Günü münasibətilə etdiyi müraciətində deyilir.
 
BMT başçısı qaçqınlara və onları qəbul edən dövlətlərə daha çox yardım göstərilməsinin zəruriliyini vurğulayıb: "Vahid cəbhədə birləşməsək, uğursuzluğa düçar olacağıq".
 
O xatırladab ki, bu il BMT Baş Assambleyasına təsdiq üçün Qaçqınlar haqqında Qlobal Saziş təqdim olunacaq.
 
"Müharibələr və təqiblər olduğu müddətdə qaçqınlar da olacaq. Bu gün - Ümumdünya Qaçqınlar Günündə sizlərdən onları xatırlamağınızı xahiş edirəm. Onların hekayəsi dözümlülük və cəsarət hekayəsidir. Həmrəylik və mərhəmət göstərməliyik, eləcə də iş görməliyik", - A.Quterriş bildirib.
 
BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen də qaçqınlara dəstək, eyni zamanda, onlara imkan təhsil almaq imkanı vermək, məşğulluq və mənzillə təmin olunmasına yardım etmək çağırışı ilə beynəlxalq ictimaiyyətə müraciət edib.
 
"Dünyada hər dəqiqə müxtəlif ölkələrdən, müxtəlif irqlərdən və müxtəlif dinlərdən olan 20 nəfər təqiblər və ya münaqişələr nəticəsində evlərini tərk etmək məcburiyyətində qalır", - Fernan de Varen deyib.
 

Google+ WhatsApp ok.ru