BMT: Qəzzanın koronavirusa qarşı təcili yardıma ehtiyacı var

BMT: Qəzzanın koronavirusa qarşı təcili yardıma ehtiyacı var

BMT baş katibinin sözçüsü Qəzzanın koronavirusu ilə mübarizədə təcili yardıma ehtiyacı olan bölgələrin siyhısında ilk sırada olduğunu vurğulayıb.

 
Maide.Az xəbər verir ki, Fələstin xəbər mərkəzinin verdiyi məlumata görə, Stefan Dougherti bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterresin işğal altındakı Fələstin ərazilərində, xüsusilə Qəzza zolağında koronavirusun yayılmasından sonra etdiyi çağırışla bağlı keçirdiyi mətbuat konfransında bildirib.
 
Quterres çərşənbə günü koronavirusa qarşı həssas ölkələrə və bölgələrə kömək məqsədi ilə 2 milyard dollarlıq qlobal humanitar yardım proqramı təqdim edib.
 
Qeyd edək ki, iki milyon əhalisi olan Qəzza zolağı dünyanın ən sıx məskunlaşdığı ərazilərdən biridir. Və 13 ildir işğalçı İsrail rejimi tərəfinfən mühasirədə saxlanılır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza iqtisadi, sosial və maliyyə böhranları ilə üz-üzədir və bu günə qədər 10 nəfər koronavirusa yoluxub və bölgəyə humanitar fəlakətin qarşısını almaq üçün təcili yardım edilməlidir.
 
Ramallahdakı Fələstin Səhiyyə Nazirliyi koronavirus epidemiyasından əziyyət çəkən fələstinlilərin ümumi sayını 118-ə çatdığını açıqlayıb. Qəzza zolağında 10, Qərb sahilində isə 108 nəfər var.

Google+ WhatsApp ok.ru