BMT: Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində 200 mindən çox yəmənli həyatını itirib

BMT: Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində 200 mindən çox yəmənli həyatını itirib

Səudiyyə Ərəbistanın Yəmənə 2015-ci ildən indiyədək təcavüzü nəticəsində başlayan müharibədə 200 mindən çox yəmənli həyatını itirib.  
 
Maide.Az "almasirah" kanalına istinadla xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Yardım Koordinasiya Ofisi çərşənbə axşamı günü  yayımladığı  bəyanatında açıqlayıb. 
 
Bəyanatda  Yəməndə qadın və uşaqların hədəfə alınmasının qəbul edilməz adlandırılıb. 
 
"Səudiyyə Ərəbistanının  Yəmənə təcavüzünün başlandığı gündən  indiyədək 223  min nəfər öldürülüb. Bu insan haqları baxımından  qəbuledilməzdir.  Yəmən bu gün  hər zamandan daha çox atəşkəsə ehtiyacı var. "
 
BMT Humanitar Yardım Koordinasiya Ofisi  Səudiyyə Ərəbistanı  rejiminin başçılıq etdiyi koalisiya qüvvəərinin qadınlar və uşaqlar başda olmaqla Yəmənli mülki insanları hədəf almaqda israrlı olmasını pisləyib. 
 
Xatırladaq ki,  artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 
 

Google+ WhatsApp ok.ru