BMT: İsrail 2018-ci ildə 97 fələstinlinin evini dağıdıb

BMT: İsrail 2018-ci ildə 97 fələstinlinin evini dağıdıb

-- bu, əvvəlki illərə nisbətən 50 faiz artım deməkdir

İşğalçı İsrail rejimi 2018-ci ildə fələstinlilərə aid 97 binanı dağıtdıb və ya müsadirə edib. 

Maide.Az "eastnews"-a istinadla xəbər verir ki,  bunu Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya Ofisi (OCHA) yayımladığı hesabatda açıqlayıb.

Məlumatda qeyd olunur ki, bu, əvvəlki illərə nisbətən 50 faiz artım deməkdir.   

Hesabatda İsrail rejimi tərəfindən dağıdılan və ya müsadirə edilən evlərin sayının 2018-ci ilin ilk iki ayında nisbətən az olduğu, ancaq bu rəqəmin mart ayında yüksələrək 28 binaya qalxdığı qeyd edilib. 

İşğalçı İsrail rejiminin tikinti icazəsi olmadığı bəhanəsi ilə dağıtdığı və ya müsadirə etdiyi 23 bina Şərqi Qüdsdə yerləşir.

Google+ WhatsApp ok.ru