BMT: İsrail planlı şəkildə fələstinliləri içməli sudan məhrum edir 19 Mart 2019 13:54 Fələstin BMT-nin insan hüquqları üzrə xüsusi təhqiqatçısı bəyan edib ki, İsrail milyonlarla fələstinlini içməli suya sərbəst çıxış haqqından məhrum edir, planlı şəkildə minerallarla zəngin torpaqları hissə-hissə zəbt edir. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, BMT-nin Fələstin ərazilərində insan hüquqları üzrə xüsusi məruzəçisi Maykl Linkin dünənki açıqlamasına görə, İsrail İordan çayının qərb sahilində yəhudilər üçün qanunsuz yaşayış məskənlərinin inşasını və genişləndirilməsini fasiləsiz olaraq davam etdirir. M.Link əlavə edib ki, hər il Fələstin torpaqlarına 20-25 min yəhudi köçərək məskunlaşır. Yəhudi məskənlərinin fəaliyyətini izləyən "Sülh İndi" hərəkatının hesabatına əsasən, Netanyahu hökumətinin dövründə İordan çayının qərb sahilinin daxili ərazilərində belə qanunsuz yəhudi məskənlərinin inşası və genişləndirilməsi geniş vüsət alıb. Bildirək ki, 1967-ci ildə İordan çayının qərb sahili və Şərqi Qüdsün işğalından sonra bu ərazilərə 500-600 min yəhudi miqrant köçürülərək məskunlaşdırılıb. Hazırda dünyanın 196 ölkəsi beynəlxalq hüquqa əsaslanaraq İsrailin Fələstin torpaqlarında saldığı yəhudi məskənlərini qanunsuz hesab edir. Teqlər : #BMT:,#İsrail,#planlı,#şəkildə,#fələstinliləri,#içməli,#sudan,#məhrum,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İslam alimləri Əqsa barədə çağırış etdilər, növbəti cümə ‘Qəzəb cüməsi’ elan olunub İsrail ordusu cümə yürüşündə iki gənci güllələyərək öldürüb (FOTO)
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar