BMT: 'Yəməndə dinc insanlara qarşı zorakılıq bütün hissləri aşdı'

BMT: 'Yəməndə dinc insanlara qarşı zorakılıq bütün hissləri aşdı'

BMT Humanitar Əlaqələr Koordinasiya Ofisi (OCHA) Səudiyyə rejimi və BƏƏ-nin rəhbərlik etdiyi işğalçı koalisiya tərəfindən avqustun 12-si Yəmənin Həccah vilayətində 6 uşaq olmaqla 12 nəfərin ölümünə səbəb olan hava hücumunu qınayaraq, Yəməndə birbaşa və ya dolayı yolla 320 min insanın öldürüldüyünü bildirib.  

  Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, OCHA-nın Yəməndəki koordinatoru Liza Qrandi Twitter üzərindən verdiyi açıqlamasında, Yəməndə mülki şəxslərə qarşı edilən zorakılıqların bütün hissləri aşdığını və bunun tamamilə qəbuledilməz olduğunu söyləyib.  

Bu dramın dayandırılmalı olduğunu bildirən Qrandi, belə qeyd edib: “Yəmən xalqının bu çətinlikləri yaşamasının heç bir əsası yoxdur.

Ailələrin yaxınları ilə keçirəcəyi Qurban bayramında yaxınlarının başsağlığını almaları həddən artıq kədərlidir”.  

Google+ WhatsApp ok.ru