BMT: Yəmənlilər ac deyil, acından ölürlər

BMT: Yəmənlilər ac deyil, acından ölürlər

"Yəmənlilər ac deyil, acından ölürlər. Ərzaq məhsullarının kifayət qədər olduğu bir dünyada aclıqdan olmək  dəhşətli, acı və utancvericidir."
 
Maide.Az xəbər verir ki,  bunu BMT baş katibinin humanitar mәsәlәlәr üzrә müavini Mark Lovkuk  bildirib.
 
BMT nümayəndəsi  Yəməndəki aclığın təhlükəsi barədə xəbərdarlıq edərək bildirib ki, Yəməndə humanitar vəziyyət çox acınacaqlıdır. 
 
M.Lovkuk  yəmənli uşaqların qidalanmama səbəbi ilə immunitet sisteminin zəiflədiyini və bu da onların vəba, koroa, malyariya, denge qızdırması və difteriya kimi xəstəliklərə qarşı həssas etdiyini qeyd edib.
 
Digər tərəfdən, Dünya Ərzaq Proqramının (WFP) icraçı direktoru David Beasley, Yəməndə böyük bir humanitar fəlakət üçün geri sayım başladığını elan edib. 
 
D.Beasley dünya ictimaiyyətini nə qədər  gec deyil  Yəmən xalqına kömək  etməyə çağırıb və qeyd edib ki, Yəmən xalqını yaxın bir neçə ayda böyük bir aclıq gözləyir.
 
O, Yəməndəki aclığın qarşısını almaq üçün 2021-ci ildə 1,9 milyard dollarlıq maliyyə vəsaitinin lazım olduğunu bildirib və qeyd edib ki,  dünya ölkələri bu barədə  təcili tədbir görməlidir. 
 
Şiddətli qida çatışmazlığı Yəmənin 133 bölgəsində 10 fazi artıb. Pis qidalanma  qurbanlarının əksəriyyəti ağır qidalanan uşaqlardır. Nəticədə, beş yaşınadək 98.000 uşaq ağır pis qidalanma nəticəsində ölüm riski altındadır.
 
Xatırladaq ki,  artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 

Google+ WhatsApp ok.ru