BMT 2017-ci ildə qaçqın düşmüş insanların sayını açıqladı

BMT 2017-ci ildə qaçqın düşmüş insanların sayını açıqladı

2 milyon nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb

2017-ci ildə daha 2 milyon nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb. 
 
Maide.Az “RİA Novosti”yə istinadn xəbər verir ki, bu  barədə BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə komitəsinin Cenevrədə Keçirilən 68-ci illik sessiyasında qurumun rəhbəri Filippo Qrandi bildirib. 
 
O deyib ki, 2017-ci ildə daha iki milyon nəfər qaçqın kimi öz ölkələrini tərk edib.
 
“Onların çoxu  xəstə, zədəli və acdır. Qaçqınlar ucqar yaşayış məntəqələrində  və yoxsulluqdan əziyyət çəkən düşərgələrdə məskunlaşıb”. 
 
O deyib ki, dünya üzrə köçkünlərin əksər hissəsi Suriyanın payına düşür
 
Xatırladaq ki, BMT-nin məlumatına görə, 2016-ci ilin sonuna dünyada təqribən 65,5 milyon qaçqın var. 
 

Google+ WhatsApp ok.ru