BMT Aralıq dənizində qaçqın ölümünün rekord həddə çatdığını bildirib

BMT Aralıq dənizində qaçqın ölümünün rekord həddə çatdığını bildirib

Bu il Aralıq dənizində miqrantların və qaçqınların ölüm sayı rekord həddə çatıb.
 
"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin məruzəsində bildirilir.
 
Məruzədə qeyd olunur ki, Aralıq dənizində itkin düşən və ya ölənlərin sayı 1600 nəfəri ötüb.
 
Sənədə əsasən 2018-ci ildə Avropaya gələn qaçqınların sayı 42 faiz azalıb. Lakin onlar arasında ölümün səviyyəsi kəskin şəkildə artıb. Ötən il Aralıq dənizində hər 43 qaçqından 1-i ölüb. İndi bu ərazidə hər 18 miqrantdan 1-i ölür.
 
"Bu hesabat bir daha təsdiq edir ki, Aralıq dənizi yolu ən öldürücüdür", - deyə təşkilatın Avropa bürosunun rəhbəri Paskal Moro BMT-nin hesabatını şərh edib.
 
Aralıq dənizi sahilində yerləşən ölkələr vasitəsilə Avropaya keçmək istəyən qaçqınların sayı 2015-ci ildə, Yaxın Şərqin və Şimali Afrikanın bir sıra ölkələrində münaqişələrin genişlənməsi səbəbindən artıb. İyulda Liviya sahillərində gəmi qəzası nəticəsində 63 nəfər itkin düşüb.
 

Google+ WhatsApp ok.ru