BMT Baş katibi: 'Efiopiyada humanitar vəziyyət daha da pisləşir'

BMT Baş katibi: 'Efiopiyada humanitar vəziyyət daha da pisləşir'

Efiopiyada humanitar vəziyyət avqust ayından daha da pisləşib.
 
Maide.Az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
 
Onun sözlərinə görə, Tiqray, Amhara və Afar əyalətlərində 7 milyona qədər insanın ərzaq yardımına və digər təcili dəstəyə ehtiyacı var:
 
Qeyd edək ki, bu ilin sentyabrında BMT-nin Dünya Ərzaq Proqramı qarşıdakı 6 ayda Efiopiyada, xüsusən Tiqray regionunda 5,2 milyon insanın aclıq fəlakəti ilə qarşı-qarşıya qalması ilə bağlı xəbərdarlıq edib. Təşkilat fəlakətin qarşısını almaq məqsədilə 426 milyon ABŞ dolları məbləğində vəsaitə ehtiyac olduğunu bildirib.
 
Tiqray əyalətində ötən ilin noyabrından etibarən üsyançı qüvvələrlə hökumət ordusu arasında silahlı qarşıdurmalar başlayıb. Bunun nəticəsi olaraq yüz minlərlə insan evlərindən didərgin düşüb. Ardınca isə Tiqray da daxil olmaqla, Afar və Amharada aclıq başlayıb.
 
Hazırda Efiopiyanın bütün ərazisində 13,6 milyon insan ərzaq qıtlığından əziyyət çəkir.
 

Google+ WhatsApp ok.ru