BMT məruzəçisi İsraili tənqid etdi

BMT məruzəçisi İsraili tənqid etdi

BMT İnsan Haqları məruzəçisi Mişel Link işğalçı İsrail rejiminin Qəzza zolağını mühasirəyə almasını tənqid edib.

O, açıqlamasında bildirib ki, bu mühasirə Fələstin xalqına qarşı tətbiq olunan kütləvi cəza tədbiridir. 

 "Bu məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq etmişik. Təəssüf ki, İsrail xəbərdarlıqlarımıza heç bir əhəmiyyət vermir", - deyə Mişel Link diqqətə çatdırıb.   

BMT nümayəndəsi qeyd edib ki, mühasirədə ən çox xəstə insanlar əziyyət çəkir və bu da beynəlxalq prinsiplərə ziddir.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru