BMT Myanmada vətəndaş müharibəsi təhlükəsi ilə əlaqədar xəbərdarlıq verib

BMT Myanmada vətəndaş müharibəsi təhlükəsi ilə əlaqədar xəbərdarlıq verib

BMT Baş katibinin Myanma üzrə xüsusi nümayəndəsi Kristin Şraner bildirib ki, Myanma silahlı qüvvələrinin nümayişçilərə qarşı şiddəti artırması ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər. 
 
“Gözümüzün önündə, Myanmada mülki vətəndaşlara qarşı kütləvi və sistematik hücumlar baş verir. Ordu insanlara qarşı vəhşiliklər törədir və bu vətəndaş müharibəsi ehtimalını artırır”, deyə Sraner BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələr zamanı bildirib.
 
Onun sözlərinə görə, 1 fevraldan bəri 520-dən çox insan təhlükəsizlik qüvvələri ilə etirazçılar arasındakı qarşıdurmanın qurbanı olub. / SalamNews / 

Google+ WhatsApp ok.ru