BMT Myanma generallarının cinayətlərini SOYQIRIM adlandırdı

BMT Myanma generallarının cinayətlərini SOYQIRIM adlandırdı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanma ordusunun radikal buddist generallarının kütləvi cinayətlər törətməsini soyqırım adlandırıb.
 
Maide.Az “Anadolu” agentliyinə istinadə xəbər verir ki, qurum Myanma Baş Qərargah rəisi Min Aunq Hleynq və digər generalların Beynəlxalq Cinayət Məhkəməsində soyqırım maddəsi ilə hakim qarşısına çıxarılmasını tələb edib.
 
Qeyd edək ki, ötən ilin avqust ayının 25-dən Myanmarda müsəlmanlar əleyhinə kütləvi zorakılıq və soyqırım başlayıb.
 
Bunun nəticəsində 900 minə yaxın müsəlman öz yurd-yuvasından didərgin düşərək Banqladeşə sığınıb. Kütləvi qırğınlar nəticəsində 10 minə yaxın müsəlman öldürülüb.
 
 

 

Google+ WhatsApp ok.ru