BMT nümayəndəsi ilə Ənsarullah arasında görüş olub

BMT nümayəndəsi ilə Ənsarullah arasında görüş olub

Yəmən İnqilabı Ali Komitəsinin başçısı Məhəmməd Əli əl-Husi video konfrans vasitəsilə BMT-nin (BMT) Yəmən xüsusi nümayəndəsi Martin Griffits ilə görüşüb.

 
Maide.Az "Əl-Məyadin" saytına istinadla xəbər verir ki, görüş zamanı ölkədəki son vəziyyət müzakirə edilib.
 
Bu görüşdə ölkədəki blokadanın qaldırılması, Yəmənə qarşı hücumların dayandırılması və maaşların ödənilməsi kimi məsələlər müzakirə edilib.
 
Koronavirus epidemiyasının da müzakirə edildiyi danışıqda Məhəmməd Əli əl-Husi, "Səudiyyəyə aid təyyarələrin havadan maska atması ABŞ və Səudiyyə Ərəbistanının Yəməndə koronavirus yayması səylərinin göstəricisidir, əks təqdirdə, bunu Ümumdünya Səhiyyə Təşkilatı birbaşa edər", - deyə bildirib.
 
Ənsarullah Hərəkatının baş katibi Abdulməlik əl-Husi də bu ayın ilk həftəsində Yəməndəki BMT xüsusi nümayəndəsi ilə görüşmüşdü.

Google+ WhatsApp ok.ru