Azərbaycan və İran arasında dəmir yolu sahəsində əməkdaşlıq memorandumu imzalandı

Azərbaycan və İran arasında dəmir yolu sahəsində əməkdaşlıq memorandumu imzalandı

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dəmir yolu sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi üzrə memorandum imzalanıb.
 
Maide.Az "iribnews"a istinadla xəbər verir ki, əməkdaşlıq memorandumunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmiryol Şirkətinin icra direktoru Səid Rəsuli və Azərbaycanın Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov imzalayıb.
 
Memoranduma əsasən, “Azərbaycan Dəmir Yolları” QSC ilə İran Dövlət Dəmir Yolları Şirkəti arasında tranzit yükdaşımaların həcmi 2 milyon  çatdırılacaq. 
 
 
Koronavirus pandemiyasına baxmayaraq, ötən il Azərbaycanla İran arasında tranzit yükdaşımanın həcmi 480 min tona çatıb ki, bu da 18 faiz artım deməkdir.
 
Qeyd olunub ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvir-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti tam olaraq istismara buraxıldıqdan sonra həm iki ölkə arasında, həm də tranzit yükdaşımaların həcmi dəfələrlə artacaq. Həmin yolun Qəzvin-Rəşt hissəsi 2 ildir ki, istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir.
 

Google+ WhatsApp ok.ru