BMT Rusiya, İran və Türkiyəni Cenevrəyə dəvət etdi

BMT Rusiya, İran və Türkiyəni Cenevrəyə dəvət etdi

-- Suriya danışıqlarında bir konstitusiya komissiyasının yaradılması...

Astana prosesinin təminatçı ölkələri olan İran, Rusiya və Türkiyədən yüksək səviyyəli rəsmilərin Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə məsləhətləşmələr üçün 18-19 iyunda Cenevrəyə gedəcəyi açıqlanıb.

Bu barədə BMT-nin Cenevrə Ofisindən yazılı açıqlama verilib.

Açıqlamada BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturanın Suriya danışıqlarında bir konstitusiya komissiyasının yaradılması yolunda Türkiyə, Rusiya və İrandan yüksək səviyyəli rəsmiləri məsləhətləşmələr üçün iyunun 18-19-də Cenevrəyə dəvət etdiyi qeyd olunub.

Üç ölkənin də dəvəti qəbul etdiyi bildirilib. Mistura daha sonra Suriya danışıqlarına tərəf digər ölkə nümayəndələrinə də analoji dəvətlər də göndərəcək.(eastnews.org)

Google+ WhatsApp ok.ru