BMT sionist rejimin Suriyaya hücumlarından narahatdır

BMT sionist rejimin Suriyaya hücumlarından narahatdır

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen İsrail rejiminin Suriyaya təşkil etdiyi hücumlarından narahat olduğunu söyləyib.  

 
Maide.Az Deyerler.org-a istinadən xəbər verir ki, Geir Pedersen aprelin 29-u verdiyi açıqlamasında Suriyada terrorizmin canlanması və koronavirus epidemiyasının təhlükəsi barədə xəbərdarlıq edərək, sionist rejimin Suriyaya hücumlarının narahatlıq yaratdığını bildirib.  
 
Sionist rejim müntəzəm olaraq terror qruplaşmalarına dəstək vermək üçün Suriya ordusunun mövqelərini və bu ölkənin infrastrukturlarını hədəfə alır.   İdlibdə təmin olunan atəşkəsə toxunan Pedersen, BMT-nin sözügedən atəşkəsə və Rusiya ilə Türkiyə arasındakı birgə patrul xidmətlərinə dəstək verdiyini söyləyib.

Google+ WhatsApp ok.ru