20 illik işğala son: ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması başa çatıb

20 illik işğala son: ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması başa çatıb

Pentaqon ABŞ-ın hərbi qüvvələrinin Əfqanıstandan çıxarıldığını təsdiqləyib
 
Bu barədə Maide.Az xarici mətbuata istinadən xəbər verir.
 
ABŞ-ın Müdafiə Nazirliyi bildirib ki, Birləşmiş Ştatların hərbçilərinin sonuncusu bu gecə  Kabil hava limanını tərk edib. 
 
Pentaqon rəsmisi general Kennet Makkenzi bildirib ki, ABŞ-ın bütün hərbçiləri Əfqanıstandan çıxarılıb, bununla da respubllikadakı missiya başa çatıb. Qoşunların çıxarılması ilə 20 illik işğala son qoyulub. 
 
ABŞ elan edib ki, bu gecə bütün diplomatlar da Əfqanıstandan çıxarılıb. 
 
ABŞ qoşunlarının Əfqanıstan çıxmasının ardından Taliban  Kabil hava limanına tam nəzarət etdiyini bildirib. 
 

Google+ WhatsApp ok.ru