Bu şənbə və gələn bazar Bakıda ictimai nəqliyyat işləyəcək 07 İyun 2021 12:46 Ölkə Futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı istirahət günləri olmasına baxmayaraq, iyunun 12-si və 20-də ictimai nəqliyyat fəaliyyət göstərəcək. Maide.Az “qafqazinfo”a istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir. Nazirlər Kabinetinin qərarına əsasən, yalnız 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılmasına qərar verilib. Beləliklə, iyunun 12-si (şənbə günü) və iyunun 20-si (bazar günü) sərnişin avtobusları və metro işləyəcək. Teqlər : #şənbə,#və,#gələn,#bazar,#Bakıda,#ictimai,#nəqliyyat,#işləyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İki media işçisi minaya düşərək dünyasını dəyişib, üç nəfər yaralanıb İyunun 8-də gözlənilən hava şəraiti