Bu avropalı yeniyetmə Quranın istənilən ayəsini əzbər oxuyur -VİDEO

Bu avropalı yeniyetmə Quranın istənilən ayəsini əzbər oxuyur -VİDEO

Bosniyada 16 yaşlı Axmed Xamidoviç adlı qeyri-adi bir yeniyetmə var. O, 13 yaşında isə Bosniyanın ən gənc Quran hafizi olub.
 
 O, 4 yaş yarımlığında ərəb dilində oxumağı öyrənib, 5 yaşında Quranı öyrənməyə başlayıb, 13 yaşında isə Bosniyanın ən gənc Quran hafizi olub.
 
Hazırda Axmed mədrəsədə oxuyur. O, dəfələrlə Quran oxunması üzrə yarışmaların qalibi olub. İndi o, Müqəddəs Kitabımızın istənilən ayəsini gözəl avazla əzbərdən oxuyur.
 
"Quran həmişə həyatımın əsas istiqamətveriçisi olub. Mən onu gündən-günə daha çox oxumaqdayam. Quranı oxuyun və Allahı sevin. Gələcək planlarıma gəldikdə, mən yaddaşımı daha da möhkəmləndirmək və daim Qurana uyğun yaşamaq niyyətindəyəm”-deyə avropalı gənc bildirib.
 
Şükür Allaha ki, hər birimiz üçün nümunə olacaq belə müsəlman gəncləri var. (moderator.az)
 
 

 

Google+ WhatsApp ok.ru