Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq

Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq

Bakının Yasamal rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq.
 
Maide.Az xəbər verir ki,bu barədə "Azərsu" ASC-dən məlumat verilib.
 
Məlumatda bildirilir ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 12 oktyabr 2021-ci il tarixində Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
 

Google+ WhatsApp ok.ru