BU GÜN bütün diqqətlər MDB-dədir - 9 ölkənin nazirləri...

BU GÜN bütün diqqətlər MDB-dədir - 9 ölkənin nazirləri...

Bu gün MDB xarici işlər nazirləri videokonfrans formatında görüş keçirəcək.
 
Publika.az xəbər verir ki, iclasa Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilov sədrlik edəcək.
 
Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, iclasa Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ermənistan Xarici İşlər Nazirliklərinin rəhbərləri, həmçinin İcraiyyə Komitəsinin sədri - MDB İcra katibi Sergey Lebedev qatılacaq.
 
Birlik çərçivəsində əldə olunan nəticələr və qarşılıqlı fəaliyyətin yeni prioritetləri, beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılması, habelə MDB Üzv Dövlətləri Başçıları Şurasının qarşıdakı iclasında imzalanması planlaşdırılan sənəd layihələrinin müzakirəsi gözlənilir.
 
MDB Xarici İşlər Nazirləri Şurası Birlik Dövlət Başçıları Şurasının 24 sentyabr 1993-cü il tarixli qərarı ilə xarici siyasət fəaliyyətini əlaqələndirmək üçün yaradılıb. Şura öz fəaliyyətində MDB Dövlət Başçıları Şurası və Hökumət Başçıları Şurası qarşısında hesabat verir.
 

Google+ WhatsApp ok.ru