Bu gündən rayonlara sərnişindaşıma üzrə gecə reysləri bərpa edilir 15 İyul 2021 11:11 Ölkə Bu gündən etibarən şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə gecə reysləri bərpa edilir. Maide.Az Trend-ə istinadla xəbər verir ki, daşıyıcı şirkətlərin və sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin qərarı əsasında bu gündən etibarən sərnişinlər bərpa olunan gecə reysləri üzrə Qırmızı Körpü və Şəki istiqamətində səfər edə biləcək. Qeyd edək ki, Qırmızı Körpü istiqamətinə gecə reysləri dörd marşrut xətti üzrə, Şəki istiqamətinə isə iki marşrut xətti üzrə hərəkətdə olacaq. Biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən və aidiyyəti üzrə region kassalarından əldə etmək mümkündür. Teqlər : #gündən,#rayonlara,#sərnişindaşıma,#üzrə,#gecə,#reysləri,#bərpa,#edilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha gözlənilən hava şəraiti açıqlanıb Sabah hava necə olacaq? - PROQNOZ