Bu gün Şeyx Sərdar Hacıhəsənlinin Apellyasiya Məhkəməsi keçiriləcək

Bu gün Şeyx Sərdar Hacıhəsənlinin Apellyasiya Məhkəməsi keçiriləcək

 
Bu gün həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin  3 il müddətinə məhkum edilməsinə dair Masallı rayon Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə baxılacaq.
 
Maide.Az xəbər verir ki, Məhkəmə baxışı bu gün (sentyabr ayının 11-də) Şirvan şəhər Apellyasiya Məhkəməsində saat 14:30-da baş tutacaq.
 
Qeyd edək ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayonunun məscidində namaz qıldığına və dini söhbətlər etdiyinə görə rayonun icra başçısı onun bardədə polisə şikayət edib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib. 
 
Xatırladaq ki, İyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmnin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib. 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru