Bu il Azərbaycanda 32,6 min nikah və 5,3 min boşanma qeydə alınıb

Bu ilin yanvar ayından başlayaraq may ayının sonunadək Azərbaycanda rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halı qeydə alınıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
 
Bu ilin yanvar-may aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1034 nəfər gələn və 355 nəfər ölkədən gedən qeydə alınıb.

Google+ WhatsApp ok.ru