Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı

Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı

2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206  şagirdin təhsil alacağı gözlənilir. 
 
Maide.Az xəbər verir ki, bu barədə  Təhsil Nazirliyindən məlumat verilib.
 
Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız,  840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165511, IX sinfində 132 734, XI-XII-ci sinfində isə 85 044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
 
Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3 319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60  məktəb-lisey, 50 lisey, 15  gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin  fəaliyyət göstərəcəyi gözlənilir.
 
Yeni tədris ilində 121696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında  təhsil alacağı proqnozlaşdırılır.

Google+ WhatsApp ok.ru