Bu marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək 01 İyun 2021 17:24 Xəbərlər Sabah Bakının Əliağa Şıxlınski küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, bu səbəbdən 36 və 81 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq aşağıda göstərilən qaydada dəyişdiriləcək. 81 nömrəli marşrut Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq S.Mehmandarov küçəsi ilə, 36 nömrəli marşrut isə Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq N.Tusi küçəsi ilə təşkil ediləcək. Teqlər : #marşrut,#xətlərinin,#hərəkət,#sxemi,#müvəqqəti,#dəyişdiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Yay məktəbin’də hansı müəllimlərin dərs keçəcəyi məlum olub Şəhərətrafı dəmir yollarında təmassız ödəniş sistemi tətbiq olunub