Bu surəni oxuyan insanlar arasında sevilər

Bu surəni oxuyan insanlar arasında sevilər

Məkkədə nazil olmuş və Qurani-Kərimin 53-cü surəsində yer almış “Nəcm“ surəsi 62 ayədən ibarətdir.
 
“Nəcm“ surəsi Məkkədə nazil olduğundan, surədə etiqadi əsaslara, məxsusən, nübüvvət və məad bəhslərinə xüsusi yer verilir, şiddətli təhdidlər və təkrar öyüdlərlə kafirlərə xəbərdarlıq edilir.
 
Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə oxuyuruq:
 
مَن قَرَاَ سورَةَ النَّجمِ اُعطِىَ مِنَ الاَجرِ عَشرُ حَسَنات بِعَدَدِ مَن صَدَّقَ بِمُحَمَّد وَمَن جَحَدَ بِهِ
 
“Nəcm surəsini oxuyana Muhəmməd peyğəmbəri təsdiq və inkar edənlərin sayı qədər on savab əta olunar.”  (“Məcməul-bəyan“, c.9, səh.170.)
 
İmam Sadiqdən (s) nəql olunan bir hədisdə isə belə buyurulur:
 
مَن کانَ یُدمِنُ قِرائَةَ وَالنَّجمِ فی کُلِّ یَوم أو فی کُلِّ لَیلَة، عاشَ مَحموداً بَینَ النّاسِ وَکانَ مَغفُوراً لَهُ وَکانَ مُحَبَّباً بَینَ النّاسِ
 
“Hər kim “Nəcm” surəsini hər gün və ya hər gecə mütəmadi oxusa, insanlar arasında ləyaqətli şəxs kimi tanınar, Allah tərəfindən bağışlanar və insanlar arasında sevilər.” (“Biharul-ənvar“, c.92, səh.305.)
 
Şübhəsiz, bu qədər savab o kəslərə aiddir ki, tilavəti təfəkkür üçün bir vasitə olsun, təfəkkürü əməllə nəticələnsin və surənin müxtəlif öyüd, təlimləri onun həyatına nur saçsın.
 
(Maide.az)
 

Google+ WhatsApp ok.ru