Bu universitetin 75 müəllimi rüşvətə görə həbs olundu 31 May 2016 01:00 Xəbərlər Türkiyənin Akdəniz Universitetində keçirilən antikorrupsiya əməliyyatı nəticəsində ali təhsil müəssisəsinin 75 əməkdaşı həbs edilib. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tutulanlardan 20-si qadındır. Universitetdə 2013-cü ildə rüşvətxorluğa görə cinayət işi başlanıb. Həbs edilənlər cəmiyyətə 3 milyon türk lirəsi (1,5 milyon manat) maddi ziyan vurmaqda şübhəli bilinirlər. Akdəniz Universitetinin rektorluğu həbsləri təsdiləyən açıqlama yayıb: "Mayın 31-də Antalya Təhlükəsizlik İdarəsi bəzi əməkdaşlarımızın yaşadıqları evlərdə axtarış aparıb. Onları ifadələrini almaq üçün Təhlükəsizlik İdarəsinə aparıblar. Rektorluğumuz məsələni yaxından izləyir". Teqlər : #Bu universitetin 75 müəllimi rüşvətə görə həbs olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı metrosu saat 2-dək işləyəcək Rusiyada bir milyon qul yaşayır