Buş və Çeyniyə Venesuelaya giriş qadağan edilib

Maide.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro Venesuela səfər edəcək Amerika vətəndaşlarına viza tətbiq edilməsi qərarı qəbul edib. Arasında ABŞ eks prezidenti Corc Buş ilə keçmiş vitse-prezident Dik Çeyninin də olduğu bəzi siyasətçilərin ölkəyə girişinə qadağa tətbiq olunub.
 
Venesuelanın keçmiş prezidenti Uqo Çavesin 1999-cu ildə hakimiyyətə gəlməsindən bu yana, Venesuela və ABŞ arasında yaşanan diplomatik gərginlik artmağa başlayıb. Venesuela prezidenti Maduro, ölkəsindəki amerikalı diplomatların sayına məhdudiyyət qoyulacağını açıqlayıb.

Google+ WhatsApp ok.ru