Cəbhədə noyabrın 9-na olan son vəziyyət

Cəbhədə noyabrın 9-na olan son vəziyyət

 
Noyabrın 8-si gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
 
Müdafiə Mazirliyindən verilən məlumata görə, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib.
 
Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub.
 
Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Google+ WhatsApp ok.ru