Yəmən Baş Naziri:  İşğalçı ölkələr vasitəçilərdən istifadə edir

Yəmən Baş Naziri: İşğalçı ölkələr vasitəçilərdən istifadə edir

Yəmən Baş Naziri Əbdüləziz ibn Habtur Oman nümayəndə heyətinin ölkəsinə səfərini şərh edib. 

 O vurğulayıb ki, səfərin məqsədi Yəməndə baş verən hadisələri müzakirə etmək və böhranın həllinə kömək etməkdir. 

 "İşğalçı ölkələr müharibəni uduzdular. Onlar indi də itirdikləri şəxsiyyətlərini geri qazanmaq istəyirlər. Bu səbəblə də müxtəlif vasitəçilər ilə bizə müraciət edirlər", - deyə Əbdüləziz ibn Habtur diqqətə çatdırıb.   

Əbdüləziz ibn Habtur verdiyi açıqlamada qeyd edib ki, işğalçı qüvvələr Yəmən xalqını məğlub etməyin mümkün olmadığını anladılar.

Google+ WhatsApp ok.ru