Cənubi Koreyanın prezidenti  Şimali Koreyanın lideri ilə görüşmək istəyir

Cənubi Koreyanın prezidenti Şimali Koreyanın lideri ilə görüşmək istəyir

Seulda çap olunan “ Jung Aung Ilbo” qəzeti Cənubi Koreyanın prezidenti Mun Çje İn ilə Şimali Koreyanın lideri Kim Çen In arasında məktub mübadiləsi olduğunu açıqlayıb. 
 
Maide.Az  xarici KİV-ə istinadla xəbər verir ki,  qəzetin məlumatına görə,  tərəflər Şimali Koreyanın liderinin ABŞ prezidenti Co Baydenlə görüşdən öncə  iki ölkə arasında müştərək iclasın keçirilməsi prespektivlərini müzakirə ediblər. 
 
Reuters xəbər agentliyi diplomatik mənbələrə istinadla xəbər verir ki,  Cənubi Koreyanın prezidenti Mun Çje İn Şimali Koreyanın lideri ilə online və ya video konfrans formatında görüş keçirmək istədiyini məktubada qeyd edib.  
 
Xəbərdə Şimali Koreya liderinin Munun məktubuna nə cavab verməsi ilə balı məlumat dərc olunmayıb. 
 
Qeyd edək ki, Cənubi Koreyanın prezidenti Mun Çje İn ilə Şimali Koreyanın lideri Kim Çen In arasında görüş 2018-ci ildə  Pxenyanda baş tutmuşdu.  

Google+ WhatsApp ok.ru