Afrika ölkəsi Tokio-2020-də iştirakdan imtina etdi 22 İyul 2021 10:20 Xəbərlər Qvineya yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmayacaq. Maide.Az "Report"a istinadən xəbər verir ki, ölkənin idman naziri Sanussi Sou koronavirus pandemiyası səbəbindən olimpiadada iştirak etməyəcəklərini açıqlayıb. Nazir bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə məktub ünvanlayıb. O, yoluxma halları artdığı üçün bu qərarı verdiklərini bildirib. AFP Qvineyanın maddi problemlər ucbatından Tokio-2020-dən imtina etdiyini yazıb. Qeyd edək ki, yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə yarışın ləğv edilə biləcəyini açıqlayıb. Teqlər : #Afrika,#ölkəsi,#Tokio2020də,#iştirakdan,#imtina,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərəfə günü İmam Hüseynin (ə) hərəminə qiyabi ziyarət təşkil olunur - Qeydiyyat üçün LİNK Tokio Olimpiadasının açılış mərasimin texniki direktoru işdən uzaqlaşdırılıb - SƏBƏB